Samir Əliyev: “Mart - aprel aylarında optimal heyət formalaşdırmağa çalışacağıq”

Samir Əliyev: “Mart - aprel aylarında optimal heyət formalaşdırmağa çalışacağıq” “İlk oyunumuz idi. Çalışdıq ki, bütün futbolçuları sınaqdan keçirək, onları yoxlayaq. Çünki yeni komandadır, futbolçuların çoxunu yaxından tanımırıq.
Futbol
22 Yanvar , 2020 22:39
Samir Əliyev: “Mart - aprel aylarında optimal heyət formalaşdırmağa çalışacağıq”

“İlk oyunumuz idi. Çalışdıq ki, bütün futbolçuları sınaqdan keçirək, onları yoxlayaq. Çünki yeni komandadır, futbolçuların çoxunu yaxından tanımırıq".

"Report"un məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında "Alanyaspor"a 4:2 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra affa.az-a açıqlamasında deyib.

Gənc mütəxəssis qarşılaşmanın komandası üçün yaxşı təcrübə olduğunu bildirib: "Bu matç gələcəkdə nələrə diqqət yetirməyimizə, hansı mövqeləri gücləndirməyimizə əsas verir. Qarşıda iki oyunumuz var. Şimali Makedoniya millisi ilə oyunlarda da çalışacağıq ki, layiqli çıxış edək".

Əliyev onlar üçün hər cür şəraitin yaradıldığını, futbolçuların isə çox istəkli və əzmkar olduqlarını vurğulayıb: "Hər biri çalışır ki, özünü yaxşı tərəfdən göstərsin. Düzdür, bu toplanış üçün bir çox futbolçuya dəvət göndərə bilmədik. Amma kənarda qalıb, lakin nəzərimizdə olan oyunçular da var. Onları da növbəti təlim-məşq toplanışına dəvət edib, sınaqdan keçirəcəyik. Mart - aprel aylarında optimal heyət formalaşdırmağa çalışacağıq. Oktyabrda Moldovada Avropa çempionatının seçmə oyunlarında ev sahibi komanda ilə yanaşı, Yunanıstan və Fransa ilə qarşılaşmalarımız var. Məqsədimiz nizam-intizamlı, mübariz bir komanda formalaşdırmaqdır”.

Son xəbərlər

Orphus sistemi