Yuxarı

Samir Əliyev: "Komanda qol buraxıbsa, bunda hamı günahkardır"

Samir Əliyev: "Komanda qol buraxıbsa, bunda hamı günahkardır"
Bu mövsüm əsas məqsəd qapazaltı olmamaq idi

Bakı. 2 aprel. REPORT.AZ/ "Çalışırdıq ki, "Neftçi”ni 3-cü zonada sıxaq. Bəzən alındı, bəzən yox. Komandamın oyunundan razı qaldım. Matçdan sonra futbolçulara təşəkkür etdim. Hələlik ustalıq səviyyəmiz buna imkan verir".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

İlk və ikinci hissənin əvvəllərində komandanız zəif təsir bağışlayırdı...

- Buna hazır idik. Bizə lazım idi ki, ilk 15-20 dəqiqə də bu təzyiqə dözək. Ola bilsin, bu, komandanın həyəcanı ilə bağlıdır. Normaldır. Məğlub olmağımıza baxmayaraq, komandadan narazı qalmadım. 0:1-dən sonra da qol fürsətlərimiz var idi.

"Neftçi” ilə çempionatdakı ilk oyununuzda qalib gəlmişdiniz. Son iki matçda isə bu komandadan 6 qol buraxdınız. Bu müddətdə dəyişən nə olub?

- İkinci turda 1:0 hesabı ilə qalib gəlmişdik. Lakin 0:4 hesabı ilə məğlub olduğumuz oyunda bərbad oynamışdıq. "Neftçi” də həmin komanda deyil. Bu komanda son vaxtlar yüksəlişdədir.

Ayron Statinin protokolda adı yox idi. Bu, nə ilə əlaqədar idi?

- O, yığmadan yeni qayıdıb, yorğun idi. Ola bilsin, növbəti oyunda şans qazansın.

Çempionatda hansı komandanın oyununa baxıb, təsəlli tapırsınız ki, biz bunlardan daha yaxşıyıq?

- Heç bir komandaya. Öz oyunumuza baxır, oyunumuzu təkmilləşdirməyə çalışırıq. Klub rəhbərliyi də bilir ki, birdən-birə heç nə olmur. Pillə-pillə irəliləməyə çalışacağıq.

Komanda növbəti mövsümdə avrokubokları hədəfləyəcək?

- Növbəti mövsümdə rəhbərlik qarşımıza hansı hədəfi qoyacaq, bilmirəm. Lakin komandanı formalaşdırmağa başlayacağıq. Bu mövsüm əsas məqsəd "qapazaltı" olmamaq idi. Bunu da bacardıq.

Komandanın buraxdığı ikinci qol barədə nə deyə bilərsiniz?

- Buna qapıçılarla işləyən məşqçilər qərar verəcək. Komanda qol buraxıbsa, bunda hamı günahkardır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi