Yuxarı

Samir Əliyev: "Bizə püxtələşmək üçün illər lazımdır"

Samir Əliyev: "Bizə püxtələşmək üçün illər lazımdır"

Bakı. 29 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən "Səbail”in baş məşqçisi Samir Əliyev oyundan sonra mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, o, öncə oyun haqqında danışıb:

- 7 oyundur qalib gəlmirdik. Qələbə vacib idi. Baxmayaraq ki, "Sumqayıt"a 3 xal daha vacib idi. Məncə, ilk hissədə daha yaxşı oynadıq. İkinci hissədə rəqibin təzyiqinə görə bir qədər zəif oynadıq, amma əsas olan nəticəni qoruyub saxlaya bildik.

- Oyundan öncə qələbəni gözləyirdiniz?

- Biz hər oyuna qələbə əzmi ilə çıxırıq. Ən azından məqsəd məğlub olmamaq idi.

- Elxan Əhmədovun bugünkü oyunda səhvləri haqda nə deyə bilərsiniz?

- Elxan pis qapıçı deyil, perspektivi var. Ona gərək daha çox şans verək. Bu gün də ona təzyiq çox idi. Səhv etməyi normaldır. Belə oynaması normal idi.

- Sizcə, nəticə oyuna görə oldu?

- Əsas qələbədir. "Sumqayıt"ın qoldan qabaq imkanları vardı. İstifadə edə bilmədilər, ancaq biz qalib gəldik.

- Sizcə, müdafiə xətti bundan sonrakı oyunlarda daha diqqətli olmalıdır?

- Bu futboldur, hər şey ola bilər. İkinci hissədə əks hücumlarımız təhlükəli olurdu. Bəzi epizodlarda bir ötürməmiz çatmırdı. "Səbail" bugün hələ ilk addımlarını atıb. Bizə də vaxt lazımdır. Püxtələşmək üçün illər lazımdır. Mən yerimi qorumaq üçün vaxt demirəm ki, mənə bu qədər müddət lazımdır.

- "Kəpəz"n birinci diviziona getməsi haqda nə deyə bilərsiniz?

- Mən deməklə nəsə düzələcəksə, deyim. Hamı istəyir bölgələrdə komanda çoxalsın. Biz öz oyunumuzu oynayırıq. Kim düşəcək, kim qalacaq, neçə komanda olacaq? Bu suallara mən cavab verə bilmərəm. Mütəxəssis deyiləm, yeni-yeni başlayıram.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi