Samir Əliyev: Növbəti mərhələyə vəsiqə qazana bilərik

Samir Əliyev: Növbəti mərhələyə vəsiqə qazana bilərik "Neftçi"-nin baş məşqçisi Monteneqronun "Mladost" komandası ilə qarşılaşmanın nəticələrini şərh edib
Futbol
3 İyul , 2015 00:29
Samir Əliyev: Növbəti mərhələyə vəsiqə qazana bilərik

Bakı. 3 iyul. REPORT.AZ/ "2:1 öndə olub, oyunun sonunda qol buraxmaq məyyus edicidir". "Report"un məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Monteneqronun "Mladost" komandası ilə qarşılaşan "Neftçi" klubunun baş məşqçisi Samir Əliyev deyib.

Onun sözlərinə görə, komanda az məşq etdiyi üçün oyuna tam hazır deyildi: "Ümumi olaraq bü günkü nəticə normaldır. Biz növbəti mərhələyə vəsiqə qazana bilərik. Çalışacağıq ki, səfər oyununda rəqibi əks hücumlarda yaxalayaq. İnanıram ki çətin olmayacaq. Bu gün siz gənc və mübariz komanda gördünüz".

Son xəbərlər

Orphus sistemi