Samir Əliyev: "Bəzi futbolçularımız özləri bildikləri kimi oynayırdılar"

Samir Əliyev: "Bəzi futbolçularımız özləri bildikləri kimi oynayırdılar" Bakı. 22 aprel. REPORT.AZ/ Səbailin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXIV turunda Kəpəzlə evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.
Futbol
22 Aprel , 2018 20:27
Samir Əliyev: Bəzi futbolçularımız özləri bildikləri kimi oynayırdılar

Bakı. 22 aprel. REPORT.AZ/ "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXIV turunda "Kəpəz"lə evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

Həmkarınız Yunis Hüseynov bildirib ki, bu gün "Kəpəz" qalib gəlməli idi. Siz bu fikirlə razısınız?

- Həmkarımın fikrinə hörmətlə yanaşıram. Hər iki komanda qalib gələ bilərdi. Bizim qol vəziyyəti daha çox idi. Qalib gəlmək istəyirdik. Çünki "Keşlə" bizi qabaqlayaraq 6-cı pilləyə qalxmışdı. Turnir cədvəlində aşağıda olanlar da öz aralarında mübarizə aparır. Evdə qələbə vacib idi. Yetərincə qol vəziyyətləri yaratdıq. Düzdü, ilk hissədə rəqibin qol vəziyyətləri vardı. Ancaq ikinci hissədə olmadı. Nəticə ədalətli oldu.

Türkmən hücumçunun oyunundan narazı qaldınız və əvəzlədiniz. O, yerli hücumçulardan nəylə üstündü?

- O, iki oyundur çıxış etmirdi. Mənə "Kəpəz"in oyun üslubuna uyğun olaraq irəlidə topdan yapışan hücumçu lazım idi. Vit də bu göstəricidə Vüqar Nadirov və Nurlan Novruzovdan üstündür.

Bu gün uzun ötürmələrdən çox istifadə etdiniz...

- Bu da bizim oyun üslubudur. Mərkəzdə top saxlaya bilmiriskə, belə oynamalıyıq. Pis alınmadı. Hər dəfə alına bilməz.

Hədsiz top itirdiniz. Bunun səbəbi nədir?

- Tələskənliklə bağlı idi. Çünki qalib gəlmək istəyirdik. Bəzi futbolçularımız özləri bildikləri kimi oynayırdılar.

Son xəbərlər

Orphus sistemi