Yuxarı
    Bağlamaq

    Samir Abasov: "Zirə"yə yeni gələn futbolçular hələ komandaya tam uyğunlaşmayıblar"

    Baş məşqçi: Öz meydanımızda vacib qələbə qazandıq

    Bakı. 27 fevral. REPORT.AZ/ "Dünən Xocalı faciəsinin 25 illiyi idi. O ağır gündə dünyasını dəyişən insanların yaxınlarına bir daha səbr diləyirəm. Bundan başqa, son vaxtlar cəbhə bölgəsində də gərginlik davam edir. Əsgərlərimizə güclü olmağı arzulayıram. Onların yanındayıq".

    "Report"un məlumatına görə, "Zirə"nin baş məşqçisi Samir Abasov "Sumqayıt"ı evdə 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransına bu sözlərlə başlayıb.

    Sonra gənc mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Sumqayıt” çempionatda ən yaxşı formada olan komandalardandır. Bu gün bunun bir daha şahidi olduq. Biz oyuna yaxşı hazırlaşmışdıq. Öz meydanımızda vacib qələbə qazandıq. İlk hissədə biz üstün olsaq da, ikinci hissədə rəqib daha fəal təsir bağışladı. Ancaq buna baxmayaraq, matçdan 3 xalla ayrılmağı bacardıq".

    S.Abbasov Akim Latifu, Migel Lorenso və Ben Sanqarenin adının oyunun iştirak ərizəsinə salınmamasının səbəbini də açıqlayıb: "Latifu və Lorenso “İnter”lə oyunda zədələnmişdilər. Sanqarenin isə ayağında ağrı olduğundan, risk etmək istəmədik. Ümumiyyətlə, yeni gələn futbolçular hələ komandaya tam uyğunlaşmayıb. Bu gün qışda bizə qoşulan oyunçulardan Qadzenin fərqlənməsi bizi sevindirdi. Vaxt keçdikcə komandaya daha da uyğunlaşacaqlar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi