Samir Abasov: "Qışdan sona "Sumqayıt"ın 4-cü yeri qoruması həddən artıq çətin olacaq"

Samir Abasov: "Qışdan sona "Sumqayıt"ın 4-cü yeri qoruması həddən artıq çətin olacaq" "Güclənmə hökmən lazımdır"
Futbol
2 Dekabr , 2017 16:36
Samir Abasov: Qışdan sona Sumqayıtın 4-cü yeri qoruması həddən artıq çətin olacaq

Gəncə. 2 dekabr. REPORT.AZ / "Ümumlikdsə oyunumuz ağır getdi. Bunu hesaba görə demrəm. Futbolçuların bütün 90 dəqiqə boyu hərəkətlərdə ağırlıq görsənirdi. Məlumdur ki, yol yorğunluğu, meydan amili öz təsironi göstərir. Bundan şikayətlənmirik. Hətta yorunluğa görə Gəncədə məşqdən imtina etdik. Komanda bu gün ağır görünürdü. Oyunun taleyini həll edən futbolçular bunu bacardılar. Bir az Aml Yunanov narahat edir ki, yenə qol imkanlarını boşa verdi. O, buna görə stress vəziyyətdə idi".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- Yunanovun yerinə Ehtiram Şahverdiyevi hücumun mərkəzində oynatdınız. Bu, effekt verəcəkmi?

- Ehtiram ümumiyyətlə, hücumçudur. Komandamıza bu mövqenin oyunçusu kimi gəlmişdi. Sadəcə, bizdə taktiki sxemə görə, yarımmüdafiənin sağ cinahında oynadırıq. Amili ilk qoldan sonra dəyişməyi düşünürdük. Ümid edirik ki, Ehtiram hücumda da bizdə faydalı ola bilər.

- Cari çempoionatın ilk yarısını 4-cü yerdə bitirdiniz. Bunu qənaətbəxş nəticə sayırsınız?

- Əlbəttə. Düzdür, bundan da artıq xallar ola bilərdi. Bəzi oyunlarda qalib də gələ bilərdik. Təki bundan sonra da yaxşı olsun.

- Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?

- Maraq dairəmizdə olan futbolçular vardı. Hansı klublarla danışıq apardıqlarını və reallığı bildikdə, ikinci plana keçdik. Onlara alternativ axtarmağa çalışacağıq. Güclənmə hökmən lazımdır. Qışdan sona bu yeri qorumaq həddən artıq çətin olacaq.

Son xəbərlər

Orphus sistemi