Samir Abasov: "Nə ifadədir ki, ona görə də üzr istəyim?" - MÜSAHİBƏ

Samir Abasov: "Nə ifadədir ki, ona görə də üzr istəyim?" - MÜSAHİBƏ "Bir sözdür demişəm, danışır, zarafatlaşırdıq"
Futbol
25 Sentyabr , 2018 16:46
Samir Abasov: Nə ifadədir ki, ona görə də üzr istəyim? - MÜSAHİBƏ
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ "Zirə" futbol klubunun baş məşqçisi Samir Abasovun "Report"a müsahibəsi:

- AFFA Intizam Komitəsi tərəfindən bir oyunluq cəzalandırıldınız. Bu barədə nə deyə bilərsiniz?

- Neçə oyun cəza versəydilər belə, işimiz məcbur olub bu cəza ilə barışmaq idi. Biz də bu cəza ilə barışmışıq. "Neftçi" ilə oyunda komandamın yanında oldum. Qarşıdakı matçda isə texniki zonada olmayacağam. Ondan sonra isə yenə komandamın yanında olacağam. Bununla da cəzam başa çatacaq. 

- İkinci oyundur ki, "Zirə"nin sükanı arxasındasınız. Lakin komanda qələbə qazana bilmir. Bu uğursuzluğu nə ilə əlaqələndirərdiniz və komandanızın oyununda hansı çatışmazlıqlar var?

- İnanıram ki, komandamız qələbə qazanacaq. Buna vaxt lazımdır. "Zirə" qarşıdakı oyunda da uduza bilər. Həm fiziki, həm də başqa amillərə görə yox, məhz komanda şəklində hazır deyilik. Bunları da başa düşürəm. Yeni oyunçular və yeni baş məşqçi cəlb olunub. Dəyişiklik etmək üçün vaxt lazımdır. Oyundan-oyuna daşı daş üstünə qoyub artıracağıq.

- Komandada hansısa futbolçuları seçmək olar ki, onlar istənilən səviyyədə deyillər. Ya da öz oyunlarını sərgiləyə bilmirlər....

- Bizdə komanda şəklində problemlər var. Oyunçulara gəldikdə, komandanı dəyişmək üçün transfer pəncərəsi var. Həmin vaxt bizə lazım olanlar qalır, digərləri ilə yollar ayrılır.

- "Neftçi" ilə oyundan sonra mətbuat konfransında hakim barədə kinayə ilə danışmısınız və AFFA İntizam Komitəsindən sizə xəbərdarlıq da olunub. Buna əməl etməsəniz, sizi daha bir cəza gözləyir...

- Bəli. Belə hadisə baş verib. Amma onu demək istəyirəm ki, hakim haqqında ağır danışmamışıq. Sadəcə, xəbərdarlıq ediblərsə, deməli, bundan sonra olmayacaq və bir də belə danışmayacağıq.

- Mətbuat konfransında həmçinin bildirdiniz ki, hakim may ayına qədər məzuniyyət götürsə, rahatlayaram, bəlkə də gözündə problem var. Bu fikirləri emosiyaya qapılaraq dediniz, yoxsa Ömər Paşayevin probleminin olduğunu bilərək belə demisiniz?

- Problem barədə heç nə bilmirəm. Bir sözdür, demişəm, danışır, zarafatlaşırdıq. Mənə görə hakimə 1 il nəsə veriləsi deyil. Xəbərdarlıq almışıq. Bu barədə də məlumatım var və oxumuşam. Bundan sonra hakimlər barədə danışmarıq.

- Həmin ifadələrlə bağlı üzürxahlıq etmək fikriniz varmı?

- Nə ifadədir ki, ona görə də üzürxahlıq edim. Yenə qeyd etmək istəyirəm ki, hakimlər haqqında fikir bildirməyəcəyəm. İki aydan çoxdur ki, hər hansı komandaya rəhbərlik etmirdim. Belə şeyləri bilmirdim və yadımdan da çıxmışdı. Açığı, orada böyük bir hadisə də olmadı. Qərarı çıxaranlar bunları nə kimi görüblərsə, bundan sonra belə hal olmayacaq. Bu, problem deyil.

- "Neftçi" ilə matçda ilk hissənin sonlarında Roberto Bordinlə insidentiniz oldu. Həmin an nələr baş verdi ki, hər ikiniz emosiyaya qapıldınız?

- Biz orada bir-birimizi başa düşmədik. Həmin epizoddan sonra məsələni aydınlaşdırdıq. Bu, bizim bir-birimizə aid olmayan bir şey idi. Mən elə başa düşdüm ki, o, mənə nəsə deyib. Halbuki, Bordin də mənim kimi fikirləşib. Bu, sırf referi ilə bağlı olan məsələ idi. Tribunada danışdıq, bir-birimizi anladıq. Texniki zonada isə bunu başa düşməməyin qurbanı olduq. Aramızda anlaşmazlıq baş verdi.  

Son xəbərlər

Orphus sistemi