​Samir Abasov: "Hakimin cavabını azarkeşlər verdi"

​Samir Abasov: "Hakimin cavabını azarkeşlər verdi" "Referi "qırmızı"nın olduğunu bildirdi"
Futbol
6 Fevral , 2016 17:16
​Samir Abasov: Hakimin cavabını azarkeşlər verdi

Bakı. 6 fevral. REPORT.AZ/ "Məğlubiyyətin səbəbini isti başla deyə bilmərəm. Amma futbolçular yaxşı oynadı. İlk hissə başlayan kimi özlərini itirdilər, qol buraxdıq". "Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan Premyer Liqasının XX turunda "Zirə" ilə evdə keçirilən oyundan danışan Abasov bu günədək heç bir oyunlarında olmayan qədər qol imkanları əldə etdiklərini bildirib: "Ancaq həmin imkanlar elə oyunçuya düşdü ki, onun oyun praktikası az olduğundan qol vura bilmədi. Söhbət Ayaz Mehdiyevdən gedir. 10 nəfər qalanda da uşaqlar oynadı. Emin Mehdiyevin qırmızı vərəqə almasına gəlincə, bilmirəm nəyə görə belə oldu. Hakimin ünvanına söz deyib cəza almaq istəmirəm. Ancaq bir Allahı, bir də özü bilər. Düşünürəm ki, hakimin cavabını azarkeşlər özləri verdi. Emini dəyişməyə oyunçu yox idi. Oyundan sonra da hakimlə qırmızı vərəqəyə görə mübahisə edirdim. Referi "qırmızı"nın olduğunu bildirdi".

S.Abasov komandada əsas heyət futbolçularının əksəriyyətinin olmadığını söyləyib: "Neftçi" ilə müqayisədə fərqli oyun gördük. Ötən turda da belə istəkli oynasalar, fərqli nəticə olardı. Bu gün isə 5 nəfər əsas komandanın oyunçusu yox idi. Vaqif Cavadov isə məcburiyyət qarşısında meydana çıxdı. Dizində problem var, ayağı şişmişdi və istəyirdik o biri oyuna görə Vaqifi qoruyaq. Bu gün gördüyüm o idi ki, komanda heç də pis oynamadı".

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu 0:2 hesabı ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi