Samir Abasov: "4-5 qol çatmadı ki, "Keşlə"yə böyük hesabla qalib gələk"

Samir Abasov: "4-5 qol çatmadı ki, "Keşlə"yə böyük hesabla qalib gələk" Bakı. 21 oktyabr. REPORT.AZ/ “Futbolda yaxşı oyunun nəticəsi qələbə olmalıdır ki, daha rahat olasan. Təəssüf ki, birinci hissədə standart vəziyyətdən qol buraxdıq. Amma kifayət qədər qol vəziyyəti yaratdıq. Əl-qolumuzu aşağı salmayacağıq. Oyun ürəkaçan idi. Üzərinə qoya-qoya davam edəcəyik. Nələrəsə nail olmaq istəyirik”.
Futbol
21 Oktyabr , 2018 22:34
Samir Abasov: 4-5 qol çatmadı ki, Keşləyə böyük hesabla qalib gələk

Bakı. 21 oktyabr. REPORT.AZ/  “Futbolda yaxşı oyunun nəticəsi qələbə olmalıdır ki, daha rahat olasan. Təəssüf ki, birinci hissədə standart vəziyyətdən qol buraxdıq. Amma kifayət qədər qol vəziyyəti yaratdıq. Əl-qolumuzu aşağı salmayacağıq. Oyun ürəkaçan idi. Üzərinə qoya-qoya davam edəcəyik. Nələrəsə nail olmaq istəyirik”.

"Report"un məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Samir Abasov səfərdə "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Bu gün meydana itkilərlə çıxmışdıq. Buna baxmayaraq, yeni oyunçulardan da razı qaldım. Bir qol çox şeyi dəyişə bilədi. Rəqibin də ilk hissədə bir neçə qol vəziyyəti oldu. Bəlkə də Budaq Nəsirovun yeni mövqedə oynaması buna səbəb olurdu. Yolumuz uzundur. Mayda bizi nələrin gözlədiyini deyə bilmərəm. Amma qışda güclənərək, oyunumuzu yaxşılaşdımalı və nəticələr qazanmalıyıq.

İlk dövrəni qələbə ilə başa vurmuşdunuz. Fasilə sizə yaramadı, yoxsa rəqib uyğun deyildi?

- Rəqibi özümüz seçə bilmərik. "Keşlə" ilə eyni gücdə idik. Deməzdim ki, fasilə bizə yaramadı. Zədəlilərimiz çoxdur. U-21 yığmasındakı oyunçularımız komandaya gec qatıldılar. Amma meydana çıxan futbolçular işlərinin öhdəsindən gələ bildilər. 

İki epizodda rəqibin yerdə qalmasına sərt şəkildə reaksiya göstərdiniz...

- Hərə bir cür udmaq istəyir. Kiminsə bəxti texniki məğlubiyyətlərdə gətirir. “Keşlə” də qələbə qazanmaq istəyirdi. Onların bu qələbəsini kiçiltmək olmaz. Təbrik edirəm.

Hiss olunurdu ki, vuran ayaq yox idi. Yanvarda hücumçu alınacaqmı?

- Bunu planlaşdırırıq. İndi heç nəyi dəyişə bilmərik. Bura Azərbaycandır, top-səviyyəli oyunçu gətirmək olmur. Hər futbolçu bura gəlmir. Gəlib hər matçda 2 qol vuracaq oyunçu yoxdur. Əsas odur ki, bu gün çoxlu qol vəziyyətləri yaratdıq. Əvvəlki matçlarda heç bunu edə bilmirdik.

Qələbə üçün nə çatmadı?

- 4-5 top çatmadı ki, 4:1, 5:1 hesabı ilə qalib gələk.

Son xəbərlər

Orphus sistemi