"Şalke"nin baş məşqçisi istefaya göndərilib

"Şalke"nin baş məşqçisi istefaya göndərilib Domeniko Tedesko Almaniyanın Şalke futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.
Futbol
14 Mart , 2019 23:31
Şalkenin baş məşqçisi istefaya göndərilib

Domeniko Tedesko Almaniyanın "Şalke" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu qərar cari mövsümdə nəticələrin zəifləməsi üzündən qəbul olunub.

"Tedeskonun kənarlaşdırılması barədə qərar ağır oldu. Onun "Şalke"nin inkişafındakı rolunu qiymətləndiririk. Ötən mövsüm komanda irəlilədi və Bundesliqada ikinci yeri tutdu. Amma biz bu mövsüm nəticələrin zəifləməsinə laqeyd yanaşa bilmədik. Vəziyyəti hərtərəfli analiz etdikdən sonra nəticələrin yaxşılaşdırılması üçün dəyişikliyə zərurət duyduq", - deyə "Şalke"nin idman direktoru Yohan Şnayder bildirib.

Domeniko Tedeskonun "Şalke"də son oyunu Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin qarşılaşmada Almaniya təmsilçisi İngiltərənin "Mançester Siti" klubuna uduzub - 0:7.

Son xəbərlər

Orphus sistemi