Yuxarı
    Bağlamaq

    Şahin Diniyev: "Zaman keçdikcə daha yaxşı futbol oynamağa çalışacağıq"

    Komandamdan narazı qalmadım

    Bakı. 13 avqust. REPORT.AZ/ "Ən yaxşı oyunlardan biri oldu. Hər iki komanda hücum futbolu sərgilədi".

    "Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra deyib. 51 yaşlı mütəxəssis komandada çatışmazlıqların olduğunu bildirib: "60-70 faiz hələ oturuşmamışıq, xətlərarası əlaqə istənilən səviyyədə deyil. İkinci hissə xoşuma gəldi. Mərkəz müdafiəçilərinin səhvlərindən qollar buraxdıq. "Sumqayıt" əks-hücumlarda daha çox qol vəziyyəti yaratdı. Zaman keçdikcə çatışmazlıqları aradan qaldıraraq, daha yaxşı futbol oynamağa çalışacağıq. Komandamdan narazı qalmadım. Futbolçularıma təşəkkür edirəm. Azarkeşlər darıxmadılar.

    - İlkin Sadıqovun çıxışından razı qaldınız?

    - Hər bir futbolçunun açılması üçün zaman lazımdır. Onu birinci hissədən sonra əvəzləmək istəyirdim. Amma qırmaq istəmədim. Məncə, ikinci hissədə çıxışı pis alınmadı. Birinci Divizionla Premyer Liqa arasında fərq var. Oyunçu səhv edə bilər, sadəcə, onun arxasında durmaq lazımdır.

    - Fasilədə oyunçularınıza nə dediniz ki, ikinci hissədə daha yaxşı çıxış etdilər?

    - Futbolçular arasında anlaşma problemi var idi. 7 oyunçumuz ilk dəfə çıxış edirdi. Fasilədə dedim ki, özlərinizə inanaraq, irəli atılmalısınız. Bu da oldu. Oyundan-oyuna daha yaxşı olacağıq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi