Yuxarı

Şahin Diniyev: "Rəqibin qarşısını ala bilmədik"

Ebah oyunda yaranan qol şanslarından istifadə etməli idi

Bakı. 20 iyul. REPORT.AZ/ “Admira” çox yaxşı komanda idi. Rəqib yaxşı oyun göstərdi. İlk hissədə qol buraxdıq. Azarkeşlərimiz də qol sevinci yaşamaq istəyirdi. Lakin alınmadı. Fanatlarımıza da təşəkkür edirəm”.

“Report”un məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində Bakıda “Admira” klubuna 0:2 hesabı ilə məğlub olan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev dyib.

Təcrübəli mütəxəssis rəqibin sürətli komanda olduğunu bildirib:

“Bu, futboldur. “Admira”nın yaxşı oyunlarını hələ gələcəkdə də görəcəyik. Reallığa baxıb taktikanı qurmaq lazımdır. Ola bilsin ki, mən də hardasa səhv etmişəm. Ebah oyunda yaranan qol şanslarından istifadə etməli idi, lakin alınmadı. Etiraf edirəm ki, rəqib sürətli komanda idi. Onların qarşısını ala bilmədik. Bundan sonra komandam tam başqa “Kəpəz” olacaq. Bunu hər kəs görəcək. Sadəcə zamana ehtiyac var”.

Ş.Diniyev bildirib ki, dörd gün istirahətdən sonra komanda yenidən hazırlıqlara başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi