Şahin Diniyev: "İlk qolu biz vursaydıq, oyun tamam başqa cür olacaqdı”

Şahin Diniyev: "İlk qolu biz vursaydıq, oyun tamam başqa cür olacaqdı” “Qarabağ” kiçik səhvlərimizdən istifadə etdi"
Futbol
5 Noyabr , 2017 18:11
Şahin Diniyev: İlk qolu biz vursaydıq, oyun tamam başqa cür olacaqdı”

Bakı. 5 noyabr. REPORT.AZ/ “Bu gün Gəncədə futbol üçün ideal şərait var idi. Hər iki komanda 3 xal üçün oynayırdı. Gərgin oyun oldu, “Qarabağ” kiçik səhvlərimizdən istifadə etdi. Tez bir zamanda qollar buraxdıq. Məncə, birinci qol komandanı “sındırdı”. İlk qolu biz vursaydıq, oyun tamam başqa cür olacaqdı”.

"Report"un məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının XI turunda evdə "Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Baş hakim əvvəlcə lehinizə penalti təyin etsə də, az sonra qərarını dəyişdi. Bununla bağlı nə deyə bilərsiniz?

- Viktor Oseqeylə penalti epizoduna görə təşəkkür edirəm. Onun kimi futbolçu ilə işlədiyimə görə sevinirəm.

Penalti epizodunda Oseqeyl qapıya zərbə vurmalı olsa da, qapıçını keçməyə cəhd etdi. Sizcə, o, özünü bilərəkdən yerə atdı?

- Bu, sualın ikinci hissəsidir. Viktorun şansları oldu və istifadə edə bilmədi. Həmin epziodda qapıçını keçməməli, qapıya zərbə vurmalı idi. Lakin ustalıq səviyyəsi çatmadığına görə şansını boşa verdi.

İlk qol epizodunda Ceyhun Cavadov ən zəif bənd idi. Bu fikirlə razısınız?

- Futbolçular həftə ərzində komanda ilə birgə məşq edirlər. Gec əvəzləməyim ona inanmağımla bağlı idi. Ümidləri doğrultmadığını deməzdim. Amma onu dəyişəcək futbolçum yoxdur. Mansur Nəhavəndi hazırda fiziki cəhətdən yaxşı vəziyyətdə deyil. Fikrinizlə tamamilə razıyam.

Son xəbərlər

Orphus sistemi