Yuxarı

​Şahin Diniyev: Təzyiq olmasa, daha rahat çıxış edə bilərik

Bilirdik ki, bizi çətin oyun gözləyir və gözlədiklərim oldu

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Mövsümdə ilk qələbəmizi qazandıq. Mənə elə gəlir ki, təzyiq üstümüzdən götürülsə, daha rahat çıxış edə bilərik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində AZAL ilə keçirilən oyundan sonra jurnalistlərə verdiyi açıqlamasında "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev deyib.

Mövsümdə ilk qələbəsini AZAL üzərində qazanan "Kəpəz"in baş məşqçisi qonaqların inamlı təsir bağışlayacağını gözlədiyini deyib:

"AZAL-ın məğlub olduğu komandalar "Qarabağ" və "Qəbələ"dir. Bilirdik ki, bizi çətin oyun gözləyir və gözlədiklərim oldu".

Ş.Diniyev klubun ukraynalı hücumçusu Aleksandr Sitnik haqqında da danışıb. O, bildirib ki, futbolçunun fiziki durumu hələ tam hazır vəziyyətdə deyil:

"Onun da üstündə təzyiq var və çalışır ki, qol vursun. Bugünkü oyunda hücumda müdafiəçilərə qarşı təzyiq edə bildi. Deməzdim ki, bu oyunda pis çıxış etdi. Ancaq zaman keçdikcə komandaya uyğunlaşacaq".

Qeyd edək ki, "Kəpəz" - AZAL qarşılaşması 1:0 hesabı ilə yekunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi