Yuxarı

​Sabiq rusiyalı futbolçu: "Lokomotiv"in futbolçuları gözəllik yarışlarında gəzən qızlar kimidir"

Lovçev Beşiktaşla oyundan danışıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Tanınmış rusiyalı futbolçu Yevgeniy Lovçev Avropa Liqasının qrup mərhələsində Türkiyə "Beşiktaş"ı ilə qarşılaşan Moskva "Lokomotiv"inin oyununu dəyərləndirib. "Report"un məlumatına görə, SSRİ dönəmində forma geyinən yarımmüdafiəçi Moskva təmsilçisinin futbolçularını modelə bənzədib.

"Mən "Beşiktaş"la olan hər iki oyunu izləmişəm. Bu heyətlə lazımi səviyyədə oyun göstərə bilmirik. Orta sahə futbolçularımız gözəllik yarışlarında gəzən qızlar kimi incədir. Türklərin oyunçuları isə onları yatağa atmağa çalışan vəhşi kimidir. Bizi qapıçı Quelherme xilas etdi", - Y.Levçev bildirib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi