"Qəbələ"nin sabiq baş məşqçisi dünyanın yaxşı futbolçularının siyahısında yer alıb

"Qəbələ"nin sabiq baş məşqçisi dünyanın yaxşı futbolçularının siyahısında yer alıb FourFourTwo portalı son 25 ildə dünyanın 101 ən yaxşı futbolçusunun reytinq siyahısını tərtib edib.
Futbol
26 İyul , 2019 16:19
Qəbələnin sabiq baş məşqçisi dünyanın yaxşı futbolçularının siyahısında yer alıb

"FourFourTwo" portalı son 25 ildə dünyanın 101 ən yaxşı futbolçusunun reytinq siyahısını tərtib edib.

"Report"un məlumatına görə, 21 - 101-ci yerləri tutanların adları artıq dərc olunub.

Onların arasında "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams da yer alıb. İngiltərə "Arsenal"ının əfsanəvi kapitanı 96-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək “Qəbələ”də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışıb. Futbolçu kimi isə Adams bütün karyerası boyunca - 1983 - 2002-ci illərdə "Arsenal"ın formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi