​"Qalatasaray"ın sabiq prezidentinin 25 milyon avroluq yaxtası yanıb

​"Qalatasaray"ın sabiq prezidentinin 25 milyon avroluq yaxtası yanıb Hadisə Marmara bölgəsində baş verib
Futbol
5 Yanvar , 2016 11:21
​Qalatasarayın sabiq prezidentinin 25 milyon avroluq yaxtası yanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun sabiq prezidenti Ünal Aysalın 25 milyon avro dəyərindəki yaxtası yanıb. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Muğlanın Mərmərə bölgəsindəki limanda baş verib.

Gecə saat 04:30-da qeydə alınan yanğında 2 yaxtaya zərər dəyib, Ü.Aysalın "Barbie" adlı yaxtası isə yanaraq kül olub. 4 saatdan sonra yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, ilk dəfə 2006-cı ildə suya buraxılan və əvvəlki adı "Al Hanem" olan yaxtanın eni 9.20 metrdir. Sabiq klub prezidenti eyni anda 14 nəfərin qonaq ola biləcəyi gəmini 2011-ci ildə alıb.

Son xəbərlər

Orphus sistemi