Yuxarı

"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurub

Sabiq "Barselona"lı karyerasını bitirdi

Bakı. 25 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Andrea Orlandi karyerasını başa vurub. 

"Report" "Goal.com" saytına istinadən xəbər verir ki, o, ürək problemləri səbəbindən futbolla vidalaşdığını deyib. 

İspaniyalı oyunçu futbol oynamağın onun üçün təhlükəli olduğunu bildirib: "Həkim pis xəbəri deyəndə kədərləndim. Təbii ki, qəbul etmək məcburiyyətində qaldım. Mənə kömək edən həkimlərə minnətdaram. İndi futbol haqqında yox, gələcək barədə düşünmək lazımdır".

Qeyd edək ki, Andrea Orlandi karyerası ərzində "Barselona" ilə yanaşı, İspaniyanın "Alaves" və İngiltərənin "Suonsi" klublarında da çıxış edib. O, son olaraq Hindistanın "Çennayin" komandasının formasını geyinib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi