"Sabah" "Səbail"in sabiq qapıçısını heyətinə qatıb

"Sabah" "Səbail"in sabiq qapıçısını heyətinə qatıb Bakı. 5 fevral. REPORT.AZ/ “Sabah” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Futbol
5 Fevral , 2019 13:31
Sabah Səbailin sabiq qapıçısını heyətinə qatıb

Bakı. 5 fevral. REPORT.AZ/ “Sabah” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. 

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın debütantı qapıçı Əmirhüseyn Nəcəfi ilə müqavilə imzalayıb. 22 yaşlı qolkiperlə 2020-ci ilin mayınadək müqavilə bağlanılıb.

İranın “İstiqlal” komandasının yetirməsi olan Nəcəfi karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə Azərbaycanın U-21 millisinə dəvət alıb.

Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi