"Sabah" komandası növbəti məğlubiyyətlə üzləşib

"Sabah" komandası növbəti məğlubiyyətlə üzləşib Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Futbol
17 Fevral , 2019 17:17
Sabah komandası növbəti məğlubiyyətlə üzləşib

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Bayıl Arena"da "Səbail" və "Sabah" komandaları üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Ağabala Ramazanov vurub.

Bu qələbə sayəsində xallarını 27-yə çatdıran "Səbail" komandası 3-cü pillədə möhkəmlənib. 20 xala malik "Sabah" isə 20 xalla 5-cidir.

Turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Qəbələ" arasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi