"Sabah" klubu "Qəbələ"nin futbolçusu ilə müqavilə bağlayıb - RƏSMİ

"Sabah" klubu "Qəbələ"nin futbolçusu ilə müqavilə bağlayıb - RƏSMİ Təmkin Xəlilzadə 2 illik sözləşməyə imza atıb
Futbol
29 Dekabr , 2018 15:53
Sabah klubu Qəbələnin futbolçusu ilə müqavilə bağlayıb - RƏSMİ

Bakı. 29 dekabr. REPORT.AZ/ “Sabah” klubu qış fasiləsində növbəti futbolçu transferini rəsmiləşdirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə ilə 2 illik müqavilə bağlanıb. O, “Sabah”da 17 nömrəli forma geyinəcək.

Karyerası ərzində “Qarabağ”, “Şüvəlan”, “Zirə” komandalarında çıxış etmiş yarımmüdafiəçinin son klubu “Qəbələ” olub.

Təmkin əsas millidə 10 oyun keçirib, 1 qola imza atıb.

Xatırladaq ki, Xəlilzadə “Sabah” FK-nın qış fasiləsində həyata keçirdiyi ikinci transferdir. Debütant bir neçə gün öncə Rəşad Eyubovla müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi