Yuxarı

"Sabah" klubu ilk rəsmi transferini reallaşdırıb

"Sabah" klubu ilk rəsmi transferini reallaşdırıb

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının debütantı "Sabah" klubu ilk rəsmi transferini həyata keçirib.

Bu barədə "Report"a komandanın baş məşqçisi Elşad Əhmədov məlumat verib.

O bildirib ki, Tərzin Cahangirovla 2 illik müqavilə bağlanılıb. 

48 yaşlı mütəxəssis Kərim Diniyev və Məqsəd İsayevlə də anlaşdıqlarını, lakin sözləşmənin yaxın günlərdə rəsmiləşəcəyini əlavə edib.  

Əhmədov həmçinin 2 legionerlə danışıqlar apardıqlarını açıqlayıb: "Qanalı hücumçu Latif Amadu və xorvatiyalı yarımmüdafiəçi Antun Paliçlə danışıqlarımız davam edir. Onları yeni mövsümdən komandamızda görmək istəyirik. Lakin hələ keçidləri rəsmiləşməyib. Digər izlədyimiz yerli və əcnəbi futbolçular da var. Hamısını nəzərdən keçiririk".

Qeyd edək ki, 26 yaşlı Tərzin Cahangirovun son klubu Premyer Liqada sonuncu yeri tutan "Kəpəz" olub. O, əvvəllər "Qəbələ", "Sumqayıt", "Zirə" və "Neftçi"də də çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi