"Sabah"ın məşqçisi: "Ümid edirəm ki, hakimlər səhvə yol verməyiblər"

"Sabah"ın məşqçisi: "Ümid edirəm ki, hakimlər səhvə yol verməyiblər" İki fərqli hissi oldu. İlk yarıda yaxşı futbol oynadıq. Fasilədən sonra isə rəqib üstün çıxış etdi.
Futbol
26 Oktyabr , 2019 20:18
Sabahın məşqçisi: Ümid edirəm ki, hakimlər səhvə yol verməyiblər

"İki fərqli hissi oldu. İlk yarıda yaxşı futbol oynadıq. Fasilədən sonra isə rəqib üstün çıxış etdi".

"Report" xəbər verir ki, bu fikirləri "Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın IX turunda evdə "Zirə" ilə 2:2 hesablı bərabərlikdən sonra söyləyib.

Onun sözlərinə görə, komandaya fasilə zamanı tempi aşağı salmamaq tapşırığı verilsə də, rəqib daha üstün oynayıb.

Babayev "Sabah"ın sayılmayan qolu barədə də danışıb: "Epizod uzaq olduğu üçün şərh verə bilmərəm. Ümid edirəm ki, hakimlər səhvə yol verməyiblər".

Son xəbərlər

Orphus sistemi