Yuxarı

"Sabah"ın məşqçisi: "Təmkin Xəlilzadənin davranışını araşdıracağıq"

​"Sabah"ın məşqçisi: "Təmkin Xəlilzadənin davranışını araşdıracağıq"

"Azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm. Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın VIII turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib.

O, bildirib ki, komandada heç bir problem yoxdur: "Hamımız bir qədər də artıq çalışmalıyıq".

Babayev oyun başa çatandan sonra "Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin referi Kamal Umudlunu vurmaq istəməsinə də münasibət bildirib: "Bu hadisəni araşdıracağıq, bundan sonra qərar verəcəyik. Şəxsi münasibətim isə mənfidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi