Cavid İmamverdiyev: "Samir Abasov işlədiyi yerlərdə aqressiv komanda yaratmağa çalışır" - MÜSAHİBƏ

Cavid İmamverdiyev: "Samir Abasov işlədiyi yerlərdə aqressiv komanda yaratmağa çalışır" - MÜSAHİBƏ Bakı. 2 fevral. REPORT.AZ/ Sabah komandasının futbolçusu Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının XV turunda səfərdə Zirəni 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib.
Futbol
2 Fevral , 2019 21:26
Cavid İmamverdiyev: Samir Abasov işlədiyi yerlərdə aqressiv komanda yaratmağa çalışır - MÜSAHİBƏ

Bakı. 2 fevral. REPORT.AZ/ "Sabah" komandasının futbolçusu Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib.

"Report" həmin müsahibəni təqdim edir:

- Mövsümün ikinci hissəsinin ilk matçında qələbə qazandınız. Oyun haqqında nə deyə bilərsiniz?

- Çox gərgin oyun keçdi. Üçüncü dövrənin ilk oyunu idi. Yeni stadionda oynadıq. Yeni komanda qururlar. "Zirə"nin baş məşqçisi Samir Abasovu tanıyırıq. İşlədiyi yerlərdə aqressiv komanda yaratmağa çalışır. Buna da nail olur. Düşünürəm ki, bu gün yaxşı oynadıq.

Komandamız qırmızı vərəqə alana qədər üstünlük bizdə idi. Bir müddətdə sonra isə üstünlük rəqibə keçdi. Bundan istifadə edə bilmədilər. 10 nəfərlə rəqibə qol vurduq. Rəqib qırmızı vəqərə aldıqdan sonra biz istifadə edə bildik. Samir müəllim də çox yaxşı komanda yaradıb. Bizim yeni futbolçularımız kollektivə çox kömək oldular. Növbəti matçlarda da bizə yardımçı olacaqlar.

Komandamı qələbəyə görə təbrik edirəm. Sevinirəm ki, səfər matçından qələbə ilə ayrıla bildik.

- Rəqibə nisbətən qış təlim-məşq toplanışının daha yaxşı keçdiyinizi demək olar?

- Xeyr, belə düşünmürəm. Bəzən elə ola bilər ki, toplanış çox yaxşı keçsin, amma çempionatda həmin effekti ala bilmirsən. Çempionat tam başqadır. Hazırlıq prosesində oyunları yorğunluq fonunda keçirirsən. Başqa rəqiblərlə qarşılaşırsan. "Zirə" də toplanışı yaxşı keçib. Sadəcə bu gün fürsətlərdən istifadə etdik və qollarımızı vurduq.

- Oyunda aqressivlik də çox idi. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bu mövsümün ikinci hissəsinin ilk oyunu idi. Buna görə də belə oldu. İstər-istəməz oyunda güc və aqressiya var idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Birinci oyun idi və xalq bizə baxırdı. İstəyirdik ki, qələbə qazanaq. Aqressiyanın olmasının səbəbi bu idi. Bizim kimi onlar da aqressiv idi. Çox sevinirəm ki, qələbə bizim tərəfimizdə oldu.

- Antalyada yoxlama oyunları bu günkü oyuna təsir etdimi? Oradakı rəqibləriniz də zəif deyildi...

- Bəli. Elşad müəllimin rəhbərliyi altında yaxşı təlim-məşq toplanışı keçdik. Düzgün işlədik. Xeyirini də gördük. İnanıram ki, 3-cü və 4-cü dövrədə də yaxşı çıxış edəyik.

- Qarşılaşmada iki qırmızı vərəqə və yetərli qədər sarı vərəqə oldu. Hakim qərarlarını haqlı hesab edirsənmi?

- Buna qiymət vermək bizim işimiz deyil. İşimiz futbol oynamaqdır. Biz futbolçuların məşqçisi olduğu kimi, hakimlərin də rəhbərləri var. Qiyməti onlar verəcək.

- Növbəti turda "Qəbələ" ilə qarşılaşacaqsınız. Bu matç barədə nə deyə bilərsiniz?

- "Qəbələ", "Neftçi", "Qarabağ" və komanda kim olursa-olsun, meydana qələbə üçün çıxacağıq.

- "Sabah" üçün bu mövsüm Premyer Liqada hədəf nə ola bilər?

- Belə böyük bir hədəfimiz yoxdur. Sadəcə nə qədər çox xal yığsaq o bizim üçün müsbət cəhətdir. Çempionatın debütantıyıq. Bizim bu il böyük məqsədimiz yoxdur. Premyer Liqada qalmaq istəyirik. Növbəti il üçün böyük hədəflərimiz var. Yeri gəlsə, ilk üç pillə üçün oynayacağıq.

Son xəbərlər

Orphus sistemi