"Sabah"ın baş məşqçisi: "Sumqayıt"a məğlubiyyətdən dərs çıxarmalıyıq"

"Sabah"ın baş məşqçisi: "Sumqayıt"a məğlubiyyətdən dərs çıxarmalıyıq" Bakı. 20 avqust. REPORT.AZ/ Oyuna zəif başladıq. Futbolçularımız məşqlərdə düşündüklərimizi edə bilmədilər. Sumqayıt gözlədiyimizdən də yaxşı çıxış etdi.
Futbol
20 Avqust , 2018 00:09
Sabahın baş məşqçisi: Sumqayıta məğlubiyyətdən dərs çıxarmalıyıq

Bakı. 20 avqust. REPORT.AZ/ "Oyuna zəif başladıq. Futbolçularımız məşqlərdə düşündüklərimizi edə bilmədilər. "Sumqayıt" gözlədiyimizdən də yaxşı çıxış etdi".

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov evdə "Sumqayıt"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Bu məğlubiyyət komandanıza necə təsir edə bilər?

- Cəmi 2 aydır yığışmışıq. Bu məğlubiyyətdən dərs çıxarmalı, səhvlər üzərində çalışmalıyıq.

Sizin oyun üslubunuz belə deyil. Komandanızın istədiyiniz oyunu sərgiləməməsi nə ilə əlaqədardır?

- Mən də futbolçulara fasilədə dedim ki, istədiyimiz oyunu sərgiləməsək, çətinlik çəkəcəyik. Bəzi çətinliklərimiz oldu. Gələcək oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq.

"Sumqayıt" səviyyəli mərkəz hücumçusu axtarışında olduğu halda komandanıza 4 qol vurdu...

- Deməzdim ki, rəqibin hücumçusu yoxdur. "Sumqayıt" bu gün yaxşı təsir bağışladı. Biz isə müdafiədəki səhvlər üzərində düşünməliyik.

"Sabah" ilk turda qələbə qazansa da, "Sumqayıt" uduzmuşdu. Bəlkə bu amil üzündən komandanız bugünkü oyuna rəqibə qarşı saymazyana münasibətlə çıxmışdı?

- İnanmıram ki, saymamazlıq olsun, arxayınçılıq ola bilər. Amma oyundan əvvəl diqqətli olmalarını tapşırmışdıq.

Son xəbərlər

Orphus sistemi