“Sabah”ın baş məşqçisi: "Heç kimə asan təslim olmaq fikrimiz yoxdur"

“Sabah”ın baş məşqçisi: "Heç kimə asan təslim olmaq fikrimiz yoxdur" Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində dogma meydanda “Qarabağ”a 0:2 məğlub olan “Sabah”ın baş məşqçisi Elşad Əhmədov mətbuat konfransı keçirib.
Futbol
30 Sentyabr , 2018 01:36
“Sabah”ın baş məşqçisi: Heç kimə asan təslim olmaq fikrimiz yoxdur

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində dogma meydanda “Qarabağ”a 0:2 məğlub olan “Sabah”ın baş məşqçisi Elşad Əhmədov mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

- “Qarabağ”ı təbrik edirəm. Yeni komandayıq. Rəqib daha elitar komandadır. Futbolçulardan tam razı qaldım.

- 1:4 hesablı məğlubiyyət daha üzücü oldu, yoxsa bugünkü?

- Bu gün “Qarabağ” ilk qolu vuranda necə sevinirdi! Bunu hamı gördü.

- Görünür, komanda bir Deviçdən asılıdır…

- Deviç komanda yoldaşlarından daha təcrübəlidir. Amma biz bir futbolçudan asılı deyilik. Hər bir oyunçumuzdan qol gözləyirik.

- Komandanız xeyli adlı-sanlı klublardan xal alıb. Bu, rəqiblərdən güclü olmağınızdan qaynaqlanır, yoxsa rəqibləriniz komandanızı ciddiyə almır?

- Məqsədimiz Premyer Liqada qalmaqdır. Sadəcə, heç kimə asan təslim olmaq fikrimiz yoxdur. “Qarabağ” və “Neftçi” kimi rəqiblərlə daha çox müdafiə olunmaq məcburiyyətində qalırıq.

Son xəbərlər

Orphus sistemi