Yuxarı

"Sabah" honduraslı hücumçu ilə müqavilə imzalayıb

"Sabah" honduraslı hücumçu ilə müqavilə imzalayıb

“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib. 

"Report"un məlumatına görə, paytaxt təmsilçisi 29 yaşlı hücumçu Rocer Roxasla anlaşıb. Honduraslı oyunçu ilə birillik müqavilə imzalanıb. 

Qeyd edək ki, Rocer Roxas karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-2014, 2015/16), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014/15) və “Simarrones” (2016/17) klublarında çıxış edib. O, son oalraq Kosta-Rikanın “Alaxuelense” klubunun formasını geyinib. Roxas Honduras millisində 32 oyun keçirib və 3 qol vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi