Yuxarı

"Sabah" futbol klubu yeni mövsüm üçün formalarını təqdim edib - VİDEO

"Sabah" futbol klubu yeni mövsüm üçün formalarını təqdim edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubu yeni mövsüm üçün formalarını təqdim edib.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, formalar “Macron” firması tərəfindən klubun təqdim etdiyi xüsusi dizaynla hazırlanıb.

Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy-ağ rənglərindədir. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar məhz qeyd olunan amillərin vəhdətidir.

Səfər oyunları üçün hazırlanmış forma isə “Sabah”ın Futbol Akademiyasının bünövrəsini təşkil edən “Vətən” Futbol Məktəbinin rənglərinə uyğun olaraq sarı-qara rəngdədir. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi