"Sabah" klubu Paraqvaylı hücumçunu transfer edib - FOTO

"Sabah" klubu Paraqvaylı hücumçunu transfer edib - FOTO Transfer çalışmalarını davam etdirən “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
29 Yanvar , 2020 21:20
Sabah klubu Paraqvaylı hücumçunu transfer edib  - FOTO

Transfer çalışmalarını davam etdirən “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Paraqvaylı hücumçu Xulio Rodriqes bundan sonra Sabah” klubunun uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş hücumçunun son komandası “Zirə” olub.

Xatırladaq ki, Rodriqes qış fasiləsində komandaya qoşulan üçüncü futbolçudur. Paraqvaylı hücumçudan öncə Mario Marina, Marko Deviç və Yevgeni Koçukla müqavilə bağlanmışdı.

Son xəbərlər

Orphus sistemi