Yuxarı
    Bağlamaq

    ​Ruslan Qurbanovun komandası qələbə qazanıb

    Hayduk Split doğma meydanda Slaveni qəbul edib

    Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Xorvatiya çempionatında növbəti turun oyunları keçirilib.

    "Report" xəbər verir ki, Azərbaycan yığma komandasının futbolçusu Ruslan Qurbanovun yeni transfer olunduğu "Hayduk Split" klubu doğma meydanda "Slaven"lə qarşılaşıb.

    Görüş hazırda 35 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Hayduk Split"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

    R.Qurbanovun adı hələ ki, komandanın iştirak ərizəsinə daxil edilməyib.

    Fevraın 13-də "Neftçi" kubu R.Qurbanovun Xorvatiyanın "Hayduk Split" klubu ilə müqavilə imzaladığı barədə məlumat yayıb. Məlumata görə, Xorvatiya təmsilçisi "Neftçi" PFK-ya ünvanladığı rəsmi müraciətdə R.Qurbanovun xidmətində maraqlı olduğunu bildirib. İki klub arasında danışıqlar müsbət nəticələnib və əldə olunmuş razılığa əsasən gənc hücumçu mövsümün sonuna kimi icarə əsasında "Hayduk Split"in formasını geyinəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi