Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanovun çıxış etdiyi Xorvatiyanın "Hayduk" klubu ilə "Split" komandası arasındakı derbidən sonra qalmaqal baş verib. "Report"un məlumatına görə, Qurbanovun ukraynalı komanda yoldaşı Artyom Milevski paltardəyişmə otağının qapısını təpiklə qırıb.
O, "Hayduk"un 1:2 hesablı məğlubiyyətindən sonra bu addımı atıb. Sonradan Milevski üzr istəyib: "Mən belə etməməli idim. Məğlubiyyətə dözmək asan deyildi. Etdiyim hərəkətdən çox təəssüflənir və hamıdan üzr istəyirəm".
Qeyd edək ki, Artyom Milevski "Split"lə qarşılaşmada yeganə qolun müəllifi olub. O, 37-ci dəqiqədə hesabı açıb. Ruslan Qurbanov isə 67-ci dəqiqədə meydana daxil olub.