Yuxarı
    Bağlamaq

    Ruslan Qurbanov: "Qrupda ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik"

    Həmin an qol buraxmamalı idik

    Bakı. 4 noyabr. REPORT.AZ/ "Bacardığımız hər şeyi etdik. Fasilə ərəfəsində qapımızda ilk qolu gördük. İkinci hissədə isə rəqib daha bir qol vuraraq, qələbəni təmin etdi".

    "Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Fransa "Sent Etyen"inə Bakıda 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra deyib.

    25 yaşlı hücumçu özləri ilə yanaşı, hakimlikdən də şikayətlənib: "İndi nə isə danışmaq üçün gecdir. Baş hakim fasilə ərəfəsində yaşanan epizodda fit çalmamalı idi. Özümüz də həmin an qol buraxmamalı idik. Azarkeşlərimizi sevindirmək istəyirdik. Amma təəssüf ki, belə alındı. Bu, futboldur".

    Qurbanov hücum xəttində Baqali Dabosuz oynamağın çətin olduğunu da vurğulayıb: "Əlbəttə, itki hiss olunur. Dabo yaxşı oyunçudur. Amma inanıram ki, tezliklə bərpa olunaraq, sıralarımıza qoşulacaq".

    "Sent Etyen"lə görüşdə "Qəbələ"nin yeganə qolunun müəllifi mərkəz hücumçusu kimi oynamasının ona nə qədər çətin olması barədə danışmaq istəməyib. Amma o, etiraf edib ki, sol və ya sağ cinahda daha yaxşı çıxış edir. Bununla belə, Qurbanov baş məşqçi Roman Qriqorçukun qərarına uyğun oynadığını əlavə edib: "Əsas odur ki, Qriqorçuk razı qalsın".

    Hücumçu Avroliqadakı son 2 matçda mümkün qədər çox xal yığmağa çalışacaqlarını söyləyib: "Qrup mərhələsində ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi