Yuxarı
    Bağlamaq

    Ruslan Qurbanov: "Maynts"la səfər oyununa yaxşı nəticə üçün gəlmişik"

    Qəbələyə yüksək əhval-ruhiyyə ilə qayıtmaq istəyirik

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Almaniyada "Maynts"la keçiriləcək Avropa Liqasının qrup mərhələsinin son tur matçı öncəsi mətbuat konfransına qatılıb.

    "Report"un məlumatına görə, 25 yaşlı hücumçu dekabrın 8-də baş tutacaq qarşılaşmada azarkeşləri sevindirmək niyyətində olduqlarını bildirib.

    O, matça çox ciddi hazırlaşdıqlarını söyləyib:

    "Səfər oyununa yaxşı nəticə üçün gəlmişik. Yaxşı nəticə qazanıb, Qəbələyə yüksək əhval-ruhiyyə ilə qayıtmaq istəyirik ki, ilin son matçlarına hazırlaşaq. Lakin indi yalnız “Maynts”la oyunu düşünürük".

    Qurbanov bildirib ki, qrup mərhələsindəki ilk 5 turda "Qəbələ"nin yaxşı imkanları olsa da, şanslarını qaçırıb:

    "Futbolda belə hallar olur. Hardasa bəxtimiz gətirmədi, hardasa hazır olmadıq. İstərdik ki, sabah yaxşı, gözəl futbol nümayiş etdirib, fanatlarımızı, Azərbaycanda “Qəbələ”yə azarkeşlik edəcək hər kəsi sevindirək”.

    Qeyd edək ki, "Maynts Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi