Ruslan Abışov "İnter"in düşərgəsini tərk edib - RƏSMİ

Ruslan Abışov "İnter"in düşərgəsini tərk edib - RƏSMİ Futbolçu tezliklə yeni müqaviləyə imza atacaq
Futbol
12 Yanvar , 2017 11:47
Ruslan Abışov İnterin düşərgəsini tərk edib - RƏSMİ

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov "İnter" klubunun düşərgəsini tərk edib. Klubdan "Report"a verilən məlumata görə, yarımmüdafiəçi "Neftçi"nin düşərgəsinə yollanıb.

Hər iki komanda hazırda Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışındadır. Tezliklə 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin imzalanması gözlənilir. Bu məqsədlə futbolçunun meneceri günün ikinci yarısında Antalyaya yola düşəcək. Müqavilə müddəti açıqlanmır.

Qeyd edək ki, Ruslan Abışov 2006 - 2012-ci illərdə "Neftçi"də çıxış edib. O, karyerası ərzində "Xəzər Lənkəran", "Qəbələ" və Rusiyanın "Rubin" klublarında da forma geyinib.

Son xəbərlər

Orphus sistemi