Ruslan Abışov: "Diqqətimizi qələbəyə kökləmişik"

Ruslan Abışov: "Diqqətimizi qələbəyə kökləmişik" Azərbaycan millisinin futbolçusu yığmanın təlim-məşq toplanışını dəyərləndirib
Futbol
23 Fevral , 2015 06:51
Ruslan Abışov: Diqqətimizi qələbəyə kökləmişik

Antalya. 23 Fevral. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ruslan Abışov yığmanın təlim-məşq toplanışını dəyərləndirib. "Report"un Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında 28 yaşlı müdafiəçi millinin oyununda müsbət istiqamətdə ciddi dəyişikliklərin olacağına inandığını bildirib.

O, əsas məqsədin martın 28-də Bakıda Maltaya qarşı keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına yaxşı hazırlaşmaq olduğunu deyib: "Bu oyunda bütün diqqətimizi yalnız qələbə üçün kökləmişik. Son 2 gündə məşqlərin əsas istiqaməti hücum futbolu üzrədir. Məşq prosesində standart vəziyyətlərə də daha çox diqqət ayrılır. Əminliklə deyə bilərəm ki, bundan sonra millimiz əsasən hücum futbolu nümayiş etdirəcək. Çünki keçdiyimiz məşq presesində verilən tapşırıqlar, aparılan taktiki söhbətlər bunu göstərir”.

Komanda daxilində yaranan müsbət ab-havaya da toxunan Abışov burada baş məşqçi amilinin çox böyük olduğunu deyib: "Prosineçki ilə futbolçular arasında da çox yaxşı münasibət var. Fərdi və komanda şəkilində geniş söhbətlər edir, psixoloji baxımdan futbolçularda böyük inam hissi yaradıb. Bu da gələcək qarşılaşmalarda alınan nəticələrə təsirini göstərəcək".

Son xəbərlər

Orphus sistemi