Yuxarı
    Bağlamaq

    Rusiyanın “Rubin” komandasının futbolçuları azarkeşlərə bilet alacaqlar

    Pulsuz biletlər klubun 59 illiyi münasibəti ilə fanatlara hədiyyə olunacaq

    Bakı. 20 aprel. REPORT.AZ/ Rusiyanın “Rubin” komandasının futbolçuları Premyer Liqanın XXV turu çərçivəsində “Terek”lə görüşü izləmək istəyən azarkeşlərə bilet alacaqlar.

    “Report” Kazan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunu komandanın qapıçısı Sergey Rıjikov bildirib. 

    O, klubun 59 illiyi ilə bağlı təşkil olunan mərasimdə deyib ki, azarkeşlərin ümildərini doğrultmadıqlarının fərqindədirlər. S.Rıjikov xərci futbolçular tərəfindən ödəniləcək biletlərin fanatlar üçün ad günü hədiyyəsi olduğunu söyləyib.

    Qeyd edək ki, 20 aprel 1958-ci il tarixində təsis edilən “Rubin” 23 turdan sonra 28 xalla 11-ci pillədə qərarlaşıb. “Terek”lə görüş aprelin 26-da keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi