Yuxarı

Rusiyanın məşhur telekanalının rəhbərinin azərbaycanlı olduğu məlum olub

O, üç ay öncə AFFA-ya danışıqlar üçün dəvət edilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyada yayımlanan “Naş futbol” telekanalının baş direktoru İlya Gerkus azərbaycanlıdır. “Report”un məlumatına görə, bu barədə jurnalistlərə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, İ.Gerkus üç ay öncə AFFA-ya danışıqlar üçün dəvət olunub. Söhbət zamanı İ.Gerkus özünün də azərbaycanlı olduğunu deyib: “İlya mənə dedi ki, əsl adı İlhamdır, 16 il öncə Moskvaya köçüb. Rusiyada onu İlya çağırırlar”.

E.Məmmədov bildirib ki, belə gözəl fürsətdən yararlanmaq lazımdır: “Belə populyar telekanalın baş direktoru azərbaycanlıdır. Niyə də onu dəvət edib yenidən danışıqlar aparmayaq? Təbii ki, təkcə Premyer Liqa deyil, I divizion və aşağı yaş qrupları üzrə liqalarımızın oyunlarının yayımlanması üçün ayrıca telekanalın yaradılması ideyası yaxşı təklifdir və onun üzərində işləməliyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi