Rusiyanın məşhur telekanalının rəhbərinin azərbaycanlı olduğu məlum olub

Rusiyanın məşhur telekanalının rəhbərinin azərbaycanlı olduğu məlum olub O, üç ay öncə AFFA-ya danışıqlar üçün dəvət edilib
Futbol
10 Dekabr , 2014 17:17
Rusiyanın məşhur telekanalının rəhbərinin azərbaycanlı olduğu məlum olub

Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyada yayımlanan “Naş futbol” telekanalının baş direktoru İlya Gerkus azərbaycanlıdır. “Report”un məlumatına görə, bu barədə jurnalistlərə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, İ.Gerkus üç ay öncə AFFA-ya danışıqlar üçün dəvət olunub. Söhbət zamanı İ.Gerkus özünün də azərbaycanlı olduğunu deyib: “İlya mənə dedi ki, əsl adı İlhamdır, 16 il öncə Moskvaya köçüb. Rusiyada onu İlya çağırırlar”.

E.Məmmədov bildirib ki, belə gözəl fürsətdən yararlanmaq lazımdır: “Belə populyar telekanalın baş direktoru azərbaycanlıdır. Niyə də onu dəvət edib yenidən danışıqlar aparmayaq? Təbii ki, təkcə Premyer Liqa deyil, I divizion və aşağı yaş qrupları üzrə liqalarımızın oyunlarının yayımlanması üçün ayrıca telekanalın yaradılması ideyası yaxşı təklifdir və onun üzərində işləməliyik”.

Son xəbərlər

Orphus sistemi