Rusiyanın məşhur klubu 43 yaşlı futbolçu sifariş edib

Rusiyanın məşhur klubu 43 yaşlı futbolçu sifariş edib Qocaman yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanılıb
Futbol
24 Fevral , 2017 17:23
Rusiyanın məşhur klubu 43 yaşlı futbolçu sifariş edib

Bakı. 24 fevral. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" klubu 43 yaşlı Dmitri Loskovu rəsmi yarışlarda futbolçu kimi iştirak etməsi üçün sifariş edib. 

"Report"un Moskva təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qocaman yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanılıb.

Loskov 10 nömrəli forma ilə çıxış edəcək. O, komandanın 70 yaşlı baş məşqçisi, 2013-2014 mövsümündə "Qəbələ"yə rəhbərlik etmiş Yuri Syominin rəhbərliyi altında yenidən oynayacaq.

Qeyd edək ki, Dmitri Loskov ilk dəfə "Lokomotiv"ə 1996-cı ildə keçib. O, 2 dəfə Rusiya çempionluğu, 3 dəfə ölkə kuboku, 2 Superkubok və çoxsaylı fərdi mükafatlar qazanıb. Loskov "dəmiryolçular"ın heyətində 420 oyuna 128, Rusiya millisində isə 25 matçda 2 qol vurub. Təcrübəli futbolçu 2007-ci ildə tərk etdiyi kluba 2010-cu ildə qayıdıb və daha 3 il "qırmızı-yaşıl" forma geyinib. 2016-cı ildən Loskov "Lokomotiv"də məşqçi kimi çalışır. 

Son xəbərlər

Orphus sistemi