Yuxarı

Rusiyanın idman naziri 15 saniyəyə Futbol Federasiyasının prezidenti seçilib

Vitali Mutko bir müddət öncə istefaya göndərilmiş Nikolay Tolstıxı əvəzləyib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti müəyyənləşib. "Report"un məlumatına görə, bu vəzifəyə ölkənin idman naziri Vitali Mutko seçilib.

O, yeni vəzifədə bir müddət öncə istefaya göndərilmiş Nikolay Tolstıxı əvəzləyib. Qərar RFS-in növbədənkənar konfransında qəbul olunub. İclas Moskvadakı Futbol Evində baş tutub. 393 konfrans nümayəndəsi yekdilliklə onun lehinə səs verib. Səsvermə cəmi 15 saniyə çəkib. 

Qeyd edək ki, Vitali Mutko 2005 - 2009-cu illərdə də RFS prezidenti olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi