Rusiyanın “Axmat” komandasının baş məşqçisi istefa verib

Rusiyanın “Axmat” komandasının baş məşqçisi istefa verib Oleq Kononov uğursuz nəticələr səbəbi ilə postundan gedib
Futbol
31 Oktyabr , 2017 10:01
Rusiyanın “Axmat” komandasının baş məşqçisi istefa verib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Futbol üzrə Rusiya Premyer Liqasında çıxış edən “Axmat” komandasının baş məşqçisi Oleq Kononov istefa verib. “Report” xəbər verir ki, bu barədə Qroznı təmsilçisinin prezidenti Maqomed Daudov şəxsi “Instagram” səhifəsində yazıb.

51 yaşlı belaruslu mütəxəssis oktybarın 30-da XV tur çərçivəsində evdə “Anji” ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra postundan gedib. M.Daudovun sözlərinə görə, baş məşqçi uğursuz nəticələr səbəbindən istefa verib. “Axmat” müvəqqəti olaraq, böyük məşqçi Mixail Qalaktionova həvalə edilib.

Qeyd edək ki, Oleq Kononov bu ilin mayında “Axmat”ın baş məşqçi postunda Rəşid Rəhimovu əvəzləyib. Komanda onun rəhbərliyi altında çıxdığı 15 matçdan 5-də qalib gəlib, 3-də heç-heçə edib, 7-də uduzmaqla 18 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi