Yuxarı

Rusiyalı baş məşqçi İspaniya komandasından qovulub

Valeri Karpinin çoxdan gözlənilən istefası nəhayət, gerçəkləşib

Bakı. 10 fevral. REPORT.AZ/ İspaniyanın "Malyorka" futbol klubunun rəhbərliyi Valeri Karpini baş məşqçi postundan istefaya göndərib. "Report"un məlumatına görə, klubun idman direktoru Migel Anxel Nadal "AS" nəşrinə açıqlamasında 46 yaşlı mütəxəssislə yollarını qarşılıqlı razılıq əsasında ayırdıqlarını bildirib. 

Bununla da rusiyalı baş məşqçi ilə çoxdan vidalaşmaq istəyi həyata keçib. Kompensasiya məbləği isə 400 min avro təşkil edib. 

Qeyd edək ki, "Malyorka" İspaniyanın səviyyədə ikinci liqası sayılan Sequndada çıxış edir. Komanda bu yarışda 24 matçdan 7 qələbə, 6 heç-heçə və 11 məğlubiyyətlə ayrılıb. Hazırda "adalılar" 27 xalla 22 komanda arasında 15-ci yeri tuturlar. "Malyorka", həmçinin İspaniya Kuboku ilə erkən vidalaşıb. Karpin İspaniya Komandasına 2014-cü ilin avqustundan rəhbərlik edirdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi