Rusiyalı baş məşqçi Ermənistanda oyunlardan yarımillik diskvalifikasiya edilib

Rusiyalı baş məşqçi Ermənistanda oyunlardan yarımillik diskvalifikasiya edilib Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistan Pünikinin baş məşqçisi Andrey Talalayev 2019-cu il mayın 31-dək diskvalifikasiya edilib.
Futbol
7 Dekabr , 2018 07:39
Rusiyalı baş məşqçi Ermənistanda oyunlardan yarımillik diskvalifikasiya edilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistan "Pünik"inin baş məşqçisi Andrey Talalayev 2019-cu il mayın 31-dək diskvalifikasiya edilib.

"Report" xəbər verir ki, buna "Qandzasar"la oyunda rusiyalı mütəxəssisin dördüncü hakimi təhqir etməsi səbəb olub.

Ermənistanın Futbol Federasiyasının İntizam Komitəsinin qərarına əsasən, "Pünik" 17 min rubl (təqribən 400 manat) cərimə ödəməlidir. Talalayevin komandası turnir cədvəlində 17 turdan sonra 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu, "Pünik"in adının hallandığı ilk xoşagəlməz hadisə deyil. Bir müddət əvvəl Qazaxıstan təmsilçisi “Tobol” da bu klubdan narazılığını UEFA-ya çatdırıb. Qazaxıstanlılar texniki zonada yer alan “Pyunik” üzvlərinin idmançıya yaraşmayan hərəkətlərə yol vermələrindən şikayət ediblər.

Son xəbərlər

Orphus sistemi