Rusiyada stadion yanıb

Rusiyada stadion yanıb Yanğın nəticəsində 90 kv.m ərazi yararsız hala düşüb
Futbol
4 Dekabr , 2015 19:21
Rusiyada stadion yanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Rusiyanın paytaxtı Moskvada yerləşən "Ximki Arena"da yanğın olub. "Report"un məlumatına görə, hadisə yerli vaxtla saat 14:00-da baş verib.

Belə ki, stadionun VİP tribunasının elektrik naqillərində qısaqapanma olub. Nəticədə yanğın baş verib. Lakin stadion işçilərinin hadisəyə təcili müdaxiləsi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb.

Qısamüddətli yanğın nəticəsində tribunanın 90 kv.m hissəsi yararsız hala düşüb. Yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi