​Rusiyada qolkiper öz qapısından qol vurub - VİDEO

​Rusiyada qolkiper öz qapısından qol vurub - VİDEO Maraqlı hadisə Rusiya çempionatında qeydə alınıb
Futbol
4 Oktyabr , 2015 16:38
​Rusiyada qolkiper öz qapısından qol vurub - VİDEO

Bakı. 4 oktyabr. REPORT.AZ/ Kirov "Dinamo"sunun qapıçısı Boris Şoqenov Rusiya Peşəkar Futbol Liqasının (PFL) oyununda İjevsk "Zenit"inə qol vurub.

"Report"un PFL-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüş oktyabrın 3-də İjevskidə baş tutub.

Şoqenov matçın 14-cü dəqiqəsində fərqlənərək hesabı açıb. Onun öz qapısından vurduğu zərbədən sonra top rəqib meydançasında yerə dəyərək qolkiper Sergey Voroninin başı üzərindən çərçivəyə daxil olub. Oyun 3:2 hesabı ilə "Zenit"in xeyrinə başa çatıb.

Son xəbərlər

Orphus sistemi