Yuxarı

Rusiyada polis bölməsində xəsarət alan sabiq futbolçu ölüb - VİDEO

Rusiyada polis bölməsində xəsarət alan sabiq futbolçu ölüb - VİDEO

Rusiyanın Kalininqrad şəhərində sabiq futbolçu İvan Vşivkov polis bölməsində ölüb.

“Report” xəbər verir ki, polis kiçik xuliqanlığa görə saxlanılan veteran oyunçunun bölmədə istilik radiatorunu qəsdən zədələdiyini, nəticədə isti sudan termal yanıq aldığını və daha sonra xəstəxanada vəfat etdiyini bildirdib.

Vşivkovun bacısı isə qardaşının ölümündə polisi ittiham edib.

Nəzarət kamerasının görüntülərində sabiq futbolçunun ölümündən əvvəl kamera yoldaşına hücum etdiyi əksini tapıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları münaqişəyə müdaxilə etməli olublar və onlar fərqli otaqlara aparılıblar.

Bundan sonra Vşivkov divara təpik vurmağa və narazılığını yüksək səslə ifadə etməyə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi