Yuxarı

Rusiya yığmasının məşqçisi Ayaz Quliyevə AFFA-dan gələn təklifi dəyərləndirib

Dmitri Xomuxa: Mən onun Rusiya vətəndaşı kimi qalmasında və bizim yığma səviyyəsinə yüksəlməsində maraqlıyam

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Dmitri Xomuxa AFFA-nın Rusiya Futbol İttifaqı (RFİ) ilə Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyevlə bağlı danışıqlar aparmasına dair xəbərləri şərh edib. 45 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında danışıqlardan xəbərdar olduğunu bildirib. 

Lakin o əlavə edib ki, dəqiq informasiyaya malik deyil: "Yalnız hansısa millidə oynadıqdan sonra digər yığmaya keçmək olmaz. İndi isə onun seçim hüququ var. Qərarı özü verməlidir. Ayaz mənə məsləhət üçün müraciət etsə, ona xatırladacağam ki, Azərbaycanı təmsil etməklə Rusiyada legioner sayılacaq və digər legionerlərlə rəqabət aparmalı olacaq. Klubunda əsas heyətə düşməsi çətinləşəcək. Əlbəttə, mən A.Quliyevin Rusiya vətəndaşı kimi qalmasında və bizim yığma səviyyəsinə yüksəlməsində maraqlıyam". 

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyada çıxış edən Azərbaycan əsilli futbolçuların legioner sayılmaması üçün RFİ ilə danışıqlar apardıqlarını bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi