Rusiya yığmasının futbolçusu 10 min dollarlıq telefon işlədir

Rusiya yığmasının futbolçusu 10 min dollarlıq telefon işlədir Futbolçunun istifadə etdiyi 2008-ci il model "Vertu Signature S" telefonu sadə dizayna malikdir
Futbol
22 İyun , 2016 21:15
Rusiya yığmasının futbolçusu 10 min dollarlıq telefon işlədir

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiya yığmasının üzvü Artur Yusupov telefonla danışarkən fotokameralara düşüb.

"Report"un məlumatına görə, ilk baxışdan bu adi hal kimi görünsə də, futbolçunun danışdığı telefonun qiymətinin təqribən 10 min dollar olması maraq doğurub.

Görüntülər AVRO-2016-nın B qrupunda sonuncu yeri tutan Rusiya yığmasının vətənə qayıdarkən hava limanında qeydə alınıb.

Futbolçunun istifadə etdiyi 2008-ci il model "Vertu Signature S" telefonu sadə dizayna malikdir və sensor və kamera xidmətləri yoxdur.

Son xəbərlər

Orphus sistemi